15 sentyabr 2019 - 04:56
Netanyahu Rusiyadan əliboş qayıdıb

Sionist rejimin baş naziri Rusiya səfərində soyuq qarşılanıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ələxbar qəzeti yazıb ki, Netanyahu Putinlə görüşmək üçün üç saatdan çox gözləmə otağında oturub. Qəzet yazıb ki, sionist rejimin baş naziri Rusiya səfərində soyuq qarşılanıb və Rusiyadan əliboş qayıdıb.

Ərəb dilində çıxan səudiyyə qəzeti "İndipendent" də bir rus mənbəyə istinadla xəbər verib ki, Netanyahu və Putinin görüşmələrinə rəğmən, Suriya və İraqda sionist rejimlə Rusiya arasındakı ixtilaf qalmaqda davam edir.

Amerikan "Elmonitor" mediası da Netanyahunun Rusiya səfərlərindəki uğursuzluqlarına işarə edib. Elmonitor yazır: Bu gün, dörd il keçəndən və Netanyahunun Putinlə keçirdiyi 13 görüşdən sonra belə görünür ki, o, Moskva ilə Tehran arasında ayrılıq sala bilməyib. İran ilə Rusiyanın Suriyadakı həmkarlığı keçmişdəki kimi möhkəmdir.

......
340