7 avqust 2019 - 05:25
Ayətullah Mohseninin dəfn mərasimi keçirilib

Əfqanıstanın görkəmli din alimlərindən olan Şiə Əhli Din Alimləri Şurasının sədri Ayətullah Mohseninin cənazəsi dünən müşayiət olunaraq, dəfn edilibdir.

(ABNA24.com) Əfqanıstanın görkəmli din alimlərindən olan Şiə Əhli Din Alimləri Şurasının sədri Ayətullah Mohseninin cənazəsi dünən müşayiət olunaraq, dəfn edilibdir.

Ayətullah Mohseni səksən dörd yaşında dünyasını dəyişdi.

Əfqanıstan Şiə Əhli Din Alimləri Şurasının sədri bu ölkənin sabiq SSRİ tərəfindən işğal edilməsilə bir zamanda Əfqanıstan İslami Hərəkət Partiyasını təşkil edərək, bu ölkə mübarizlərinin bir hissəsinin rəhbərliyini üzərinə götürdü.

Əsas qanunun qəbul edilməsində fəal rolun oynanılması, islami məzhəblərin bir-birilərinə yaxınlaşdırılması, Xatəmulnəbiyyin(s.ə.s.) hövzəsi və universitetinin, həmçinin "Təməddon" telekanalının təsisi, Əfqanıstan İslam Qardaşlığı Şurası və Şiə Əhli Din Alimləri Şurasının sədrliyini üzərinə götürmək bu böyük din xadiminin parlaq fəaliyyət keçmişinin bir hissəsi sayılır.




/129