(ABNA24.com) İran İslam Respublikasının prezidenti dünən gecə Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində deyib: İran və Avropanın anlaşma və həmkarlığının genişlənməsi bölgə və dünya üçün dinc və əminedici atmosfer yarada bilər.
Həsən Ruhani bu telefon söhbətində Amerikanın Fars Körfəzi bölgəsindəki son gərginlik yaradan hərəkətlərinə işarə edərək, deyib: Təəssüflə, İran və Fransanın bölgədə davamlı yanaşı yaşamaq üçün münasib şəraitin yaradılması və çəkişmələrin azalması üzrə səyləri ilə bir zamanda amerikalılar tərəfindən təhrikedici hərəkətlərin şahidiyik.
Makron da bu telefon danışığında bir daha Parisin nüvə anlaşmasında qeyd olunmuş öhdəliklərə sadiq qaldığını vurğulayaraq, deyib: Tərəflərin qəbul etdikləri və İranın nüvə anlaşmasındakı maraqlarını təmin edən nəticəyə çatmaq Paris üçün önəmlidir.
/129
7 avqust 2019 - 05:20
Xəbər kodu: 967527
İran İslam Respublikasının prezidenti dünən gecə Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində deyib: İran və Avropanın anlaşma və həmkarlığının genişlənməsi bölgə və dünya üçün dinc və əminedici atmosfer yarada bilər.