5 oktyabr 2026 - 15:13
Sionist rejimin müxtəlif bölgələrində Netanyahuya qarşı nümayişlər \ Liberman Netanyahonu fələstinli adlandırdı

Xəbər mənbələri bildirib ki, işğal olunmuş Fələstinin şimalındakı müxtəlif bölgələrdə uşaq qatili İsrail sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı sionistlər nümayişlər keçirir.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Əl-Əqsa Fırtınası Əməliyyatının üçüncü ildönümü günlərində dünyanın dörd bir tərəfindən axışaraq Fələstin torpaqları işğal edən yəhudilər işğal etdikləri Fələstin ərazilərinin şimalında təsis etdikləri müxtəlif yəhudi şəhərlərində Netanyahunun kabinetinin fəaliyyətinə etiraz olaraq nümayişlər keçirirlər.

Hayfa, Nəhariyyə və Zixron Yaakov da daxil olmaqla müxtəlif cuhud şəhər və qəsəbələində geniş şəkildə keçirilən etiraz nümayişlərində gəlmə cuhudlar Netanyaho və onun cinayətkar kabinetinin iqtidardan rədd olmasını tələb edirlər.

Bu arada Aviqdor Libermanın başçılıq etdiyi “Bizim Evimiz İzrail” partiyası Netanyahonu fələstinli elan edərək işğalçıların əsil cuhuda, yəni Libermana səs vermələrini təbliğ edir.

Sizin rəyiniz

You are replying to: .
captcha