5 oktyabr 2026 - 16:18
Türkiyə Azərbaycan (İlham Əliyev) münasibətləri nə üçün bu həddə qədər gərilib? - Video arxiv

Qardaş Türkiyə və bütün dünya bilməlidir ki, İlham Əliyev üçün bu dünyada sadəcə bir məqsəd var: Əbədi hakimiyyət və Azərbaycan xalqının milyardları. O, bundan ötəri “ASALA” ilə də işbirliyinə hazırdır.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Son günlər əliyevlər sülalə rejimi işğal etdiyi  Azərbaycan Respublikasında Türkiyə dövlətinə və Hicaba qarşı aqressiv və represiyalı siyasət yürütməyə başlayıbdır. Bu haqda sosial şəbəkələrdə müxtəlif biliy adamları yazılar yazır və nəzərlər səsləndirirlər.

Feysbukda paylaşılan məqalələrdən biri də aşağıdakı yazıdır:

Türkiyə və İlham Əliyev nəyi bölüşə bilmirlər?

İlk öncə onu qeyd edək ki, İlham Əliyev xalqın səsi ilə prezident olmadığı üçün onun Türkiyəyə münasibəti Azərbaycan xalqının Türkiyəyə olan münasibətinin ifadəsi deyil. İstəyirik ki, bunu əziz Türkiyə qardaşlarımız da bilsinlər. T.C. Bakü Büyükelçiliği/Türkiyənin Azərbaycandakı Səfirliyi

Türkiyə İlham Əliyev münasibətlərinin pozulması və indiki gərgin vəziyyəti çox güman ki, Netanyahu höküməti ilə Türkiyənin Qərbi Asiyada və Cənubi Qafqazda toqquşması ilə bağlıdır.

Hər kəsə aydındır ki, İlham Əliyev əbədi hakimiyyətini yəhudi lobbisinin gücündən alır. Bu lobii onu dünyada əsas təhlükələrdən xilas etməklə yanaşı, onun şəxsi təhülkəsizliyinə də nəzarət edir.

Amma digər tərəfdən İlham Əliyevin neft, qaz kəmərləri Türkiyə üzərindən həm Avropaya, həm də İsrailə çatdırılır.

Biz bəlkə də, bu səbəbdən bu gərginliyin növbəti etapda Əliyevlə Ərdoğanın qucaqlaşması fonunda başa çatmasına da şahidlik edəcəyik.

Amma məsələ tək, qucaqlaşıb, mediyaya poz verməklə bitmir. Regionda çox ciddi hadisələr yaşanır.

Türkiyənin Avropaya yaxınlaşması, Fransa Türkiyə hərbi əməkdaşlıq sənədinin bağlanması, Avropa və İsrail mübasibətlərinin gərgin olması, İlham Əliyevin son dövrlər özünü Qəddafi və Səddam kimi aparması və sair siyasi hadisələr Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırır.

İlham Əliyev çörəyi dizinin üstündə olan adamdır. O, öz müəllimini, onu hakimiyyətə gətirən adamı ölüm ayağında ürvatsız etdisə, cənab Ərdoğana qarşı niyə bunları etməsin?!

Cənab  Ərdoğan T.C. Cumhurbaşkanlığı əgər bu məsələdə səmimidirsə, görməli olduğu bir neçə vacib iş var:

1. İlham Əliyevin İsrailə ötürdüyü nefti bloklamaq.

2. Azərbaycanda şərlənib həbs edilən siyasi məhbuslara - Əli Kərimli başda olmaqla azadlıq istəmək.

3. Tez-tez adı hallanan - İlham Əliyevlə iş, biznes ortaqlığına aydınlıq gətimək.

P.S.

Türkiyə Şuşada konsulluq açacaqdı. Amma üstündən illər keçsə də, bu təşəbbüs hələ də baş tutmamış qalıb.

Qardaş Türkiyə və bütün dünya bilməlidir ki, İlham Əliyev üçün bu dünyada sadəcə bir məqsəd var: Əbədi hakimiyyət və Azərbaycan xalqının milyardları. O, bundan ötəri “ASALA” ilə də işbirliyinə hazırdır.

Sizin rəyiniz

You are replying to: .
captcha