24 iyul 2019 - 09:28
Əraqçi Ruhaninin məktubunu Makrona təqdim edib

İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi Seyyed Əbbas Əraqçi dünən gecə Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin məktubunu ona təqdim edib.

(ABNA24.com) Əraqçi və Makron bu görüşdə iki tərəfi maraqlandıran mövzular, o cümlədən regional və beynəlxalq məsələlər, bölgədə gərginliklərin azaldılması məqsədilə həll yollarının tapılması tərzi, həmçinin çoxtərəfli və beynəlxalq bir anlaşma kimi nüvə anlaşmasının qorunmasının davam etməsi ətrafında fikir mübadiləsi aparıblar.

Bu görüşdə bölgə və dünyanın hazırkı durumu və şəraitinə əsasən, mümkün olan ən yaxşı formada sabitlik və təhlükəsizliyin yaradılması və möhkəmləndirilməsi istiqamətndə lazımi atmosferin yaradılması məqsədilə diplomatiyadan istifadə üzərində təkid olunub.Əraqçi bu görüşdən öncə Fransanın xarici işlər nazri Jan-İv Le Drian ilə görüşərək, onunla məşvərət aparmışdı.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Fransanın xarici işlər nazri ilə görüşdə vurğulayıb ki, İran İslam Respublikası Fars Körfəzində gəmiçilik prosesinə xələlin gəlməsinə icazə verməyəcək. O, deyib ki, İran Hörmüz boğazı xüsusiyyət təşkil etməklə bölgənin təhlükəsizliyi üçün əlindən gələni edir.

Amerikanın İran İslam Respublikasına qarşı iqtisadi savaşına işarə edən Əraqçi deyib: Amerika özünün qanunsuz və ədalətsiz sanksiyaları ilə bütün İran xalqını hədəfə alıbdır.İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini əlavə edib: Tehran Avropadan gözləyir ki, maksimum təzyiq strategiyası çərçivəsində ilzənilən İran nefti satışının sıfıra endirilməsi sahəsində Amerikanın siyasəti ilə müxalifətdə aydın mövqe tutsun.

Əraqçi bu görüşdə vurğulayıb ki, İran İslam Respublikası hər bir şəraitdə öz neft ixracatını davam etdirəcək.



/129