Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Azərbaycanlı yazar və siyasi təhlilçi Asif Şəfqətov Trampın seçkilər çərçivəsində keçirilən çıxışını paylaşaraq ABŞ-da respublikaçılar ilə demokratlar arasında dövlət səviyyəsində gedən qarşıdurmanın inanılmaz olduğunu açıqlayaraq özünün feysbuk səhifəində yazıb: Dünən Nebraskada Konqresə seçki kampaniyası çərçivəsində Tramp İran müharibəsi haqda danışarkən deyib:
"Unutmayın ki, söhbət müharibədən gedəndə hər şey süni şəkildə şişirdilir. Bu bir az baha başa gəlir, lakin sülhü qorumaq üçün ödənilən kiçik qiymətdir.
Onlar bir şəhəri məhv edə bilərlər. Qoy Los-Ancelesi və ya San-Dieqonu məhv etsinlər. Bu çox kiçik qiymətdir. Əslində, hər şey, demək olar ki, bitib."
Bu kişi ağlını tamam itirib. Los-Anceles ABŞ-ın 2-ci, San-Dieqo – 8-ci ən böyük şəhəridir.
Bu sözləri istənilən başqa prezidentin öz ölkəsinin şəhərləri haqqında deməsini təsəvvür edə bilərsinizmi? Bəs təsəvvür edə bilərsinizmi ki, bu sözləri deyəndən sonra əhali onu alqışlasın?!
Amma ABŞ-da bunu görürük!
Tramp respublikaçıdır, onun başına toplaşanlar da respublikaçılara rəğbət göstərənlərdir. Sadalanan şəhərlərdə isə ənənəvi olaraq demokratlar qalib gəlirlər. Yəni qarşıdurma o səviyyəyə çatıb ki, respublikaçılar demokratların şəhərlərinin darmadağın edilməsini alqışlayırlar.
Konqresə seçkilərdən sonra Tramp demokratlara qarşı vətəndaş müharibəsinə çağırış etsə, təəccüblənmərəm.
Sizin rəyiniz