Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Talibanın Əfqanıstanın Herat əyalətindəki Əmr be Məruf və Nəhy əz Münkər Departamenti əyalətdə çərpələng alqı-satqısının və uşaqların onlarla oynamasının qadağan olduğunu açıqlayıb.
Adı çıkilən Departamentinin rəhbəri Əzizur Rəhman Muhacir, qadağanın "vətəndaşların davamlı şikayətləri" əsasında tətbiq edildiyini bildirib. O, əlavə edib ki, şöbənin əməkdaşlarına şəhərdə çərpələng və onların iplərinin satışının qarşısını almaq tapşırığı verilib.
Muhacir iddia edib ki, çərpələng və onların ipləri ilə oynamaq bəzi hallarda yol qəzalarına, vətəndaşların təqibinə və uşaqların xəsarət almasına səbəb olub.
Xatırladaq ki, bu qadağa, Talibanın Əfqanıstandakı ilk hakimiyyətləri dövrünü, 1996-2001 illərdəki sərt siyasətini xatırladır. Həmin illərdə çərpələng uçurmaq da tamamilə qadağan edilmişdi. O dövrdə Əmr be Məruf və Nəhy əz Münkər Nazirliyi qadağanın müxtəlif səbəblərini açıqlamışdır, o cümlədən oyunun qumar və mərc oyunları təşviq etməsi, uşaqların məktəbdən və namazdan uzaqlaşdırılması, damlardan yıxılma riski yaratması və hətta insanların damlardan qonşuların həyətlərinə baxmasına səbəb ola biləcəyini bildirmişdir.
Şahidlər deyirlər ki, həmin dövrdə çərpələng dükanları bağlanmış və onların inventarları yandırılmış, satıcılar həbs olunmuş və hətta həbs edilmiş, oynayanlar isə döyülmüşdü.
Talibanın ilk hakimiyyəti dövründə bu qadağa musiqi, televiziya, quş saxlama və bir çox ənənəvi Əfqan əyləncələrini də əhatə edən daha geniş məhdudiyyətlər toplusunun bir hissəsi idi.
Hicri Şəmsi tarixi ilə 1380-ci ildə (2000-2001) Talibanın süqutundan sonra çərpələng uçurmaq Əfqanıstanda, xüsusən də Kabulda və böyük şəhərlərdə yenidən məşhur ənənəvi əyləncə növünə, hətta azadlığın simvoluna çevrildi. Lakin, Talibanın on ildən sonra 1400-cü ildə hakimiyyətə yenidən qayıtmasından bəri, bir daha bir çox yerli və ənənəvi oyunları və əyləncələri qadağan etdi və bunu təhlükəsizlik ilə əlaqələndirərək, qanun pozuntusu kimi əsaslandırdı.
Sizin rəyiniz