(ABNA24.com) İngiltərənin Avropa Birliyindən çıxması barədəki referendum və ya breksit bu ölkədə elə bir zəlzələ yaradıbdır ki, ekspertlərin əqidələrinə görə, onun sonrakı təkanları illər boyu davam edəcəkdir.
Nəreyşen: İngiltərə tarixində bu ölkənin Avropa Birliyindən çıxması barədəki üçüncü referendum və ya breksit elə bir halda öz keçirilməsinin dördüncü ilinə daxil olur ki, İngiltərə hökuməti bütün səylərinə rəğmən, nəinki xalqın əksər hissəsinin bu istəyinin icrası üçün qəbulediləsi razılaşmaya nail ola bilməyib, əksinə baş nazir qəhər, göz yaşları və ah-nalə ilə kənara çəkilməyə məcbur oldu ki, Kameroon-dan sonra uğursuzluğun və breksitin qurbanı olan ikinci baş nazir olmuş olsun. Breksit tərəfdarları və əleyhdarlarının səslərinin yaxınlığı cəmiyyəti bir neçə parça və son dərəcə ikiqütblü edibdir.
Müsahibə(kişi): Məncə, çıxmalıyıq. Çünki Avropa Birliyini idarə edənlər xalqın problemlərinə məhəl qoymayan seçilməmiş şəxslərdirlər.
Müsahibə(2-ci kişi): Mənim qənaətimə görə, Avropa Birliyində olmaqla biz daha güclü olacaq və daha çox təsir gücünə malik olacağıq. Eyni zamanda, bizim ən çox ixracatımız Avropayadır. Çıxmaqla böyük zərbə alacağıq.
Nəreyşen: Bu referendumda əksər şotlandlar və irlandlar Avropa Birliyində qalmağa səs verdilər. Əldə olunan nəticə onlarda İngiltərədən ayrılma və separatçı hərəkətləri gücləndirib, ingilis siyasətçiləri isə olduqca nigaran edibdir.
Müsahibə: Biz daha vahid bir ölkə deyilik. İqtisadiyyat, gələcək, təhlükəsizlik və siyasət barədə çoxlu sayda sual ilə üzləşirik.
Nəreyşen: Avropa Birliyindən ayrılmaq üzrə 52 faizə yaxın səs bu referendumun konstruktoru və ozamankı baş naziri Devid Kameroon daxil olmaqla siyasətçilər və ekspertlərin bütün xəbərdarlıqlarına rəğmən, bir çox suallar doğurubdur ki, sağçı və solçu ingilis siyasətçilər onlara bu cür cavab veriblər.
Müsahibə: Xalq elə hiss edir ki, kənara qoyulub, həm İngiltərə, həm də Avropa Birliyi tərəfindən.
Müsahibə 2: Məğlub olmuş və bizim geri qalmağımıza səbəb olan bir birliyin üzvüyük. Mənim sözüm, elə xanım Merkelin sözüdür ki, deyib: Avropa Birliyi ciddi böhranla üzləşir. Yəni biz dağılmaqda olan bir birlikdə qalmaq istəyirik?
Nəreyşen: İngiltərə ilk ölkədir ki, geniş daxili müxalifətlərə rəğmən, Avropa Birliyindəki qırxillik üzvlüyünə son qoymaq istəyir. Bu addım Avropa Birliyinin zəifləməsinə və xüsusən İngiltərə iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə xəsarətlərin dəyməsinə səbəb olacaq bir addım kimi dəyərləndirilibdir.
/129
24 iyun 2019 - 06:23
Xəbər kodu: 954351
İngiltərənin Avropa Birliyindən çıxması barədəki referendum və ya breksit bu ölkədə elə bir zəlzələ yaradıbdır ki, ekspertlərin əqidələrinə görə, onun sonrakı təkanları illər boyu davam edəcəkdir.