Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səudiyyə vəhhabi rejimi məxsus pilotsuz uçuş aparatları ilə Yəmənin şimalında yerləşən Səədə əyalətinin Qəmər rayonuna təcavüz edərək iki raket zərbəsi endirib.
Yəmənin “Əl-Məsirə” telekanalının məlumatına görə, Səudiyyə vəhhabi rejimi PUA-ları ilə Qəmər rayonundakı Qor əl-Məşvat ərazisinə iki zərbə endirib.
Bundan əvvəl Səudiyyə vəhhabi rejimi mediaları Yəmən silahlı qüvvələrinin Səudiyyə Ərəbistanına məxsus ticarət gəmisini Bab əl-Məndəb boğazında hədəfə aldığını bildirmişdi.
Yəmən ordusu isə ötən gün yaydığı bəyanatda Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Taiz əyalətinin Əl-Muxa limanındakı mövqelərinin raket və pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlamışdı.
Bölgədə son günlər qarşılıqlı hücumların intensivləşməsi Yəməndəki vəziyyətlə yanaşı, Bab əl-Məndəb boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırıb.
Sizin rəyiniz