(ABNA24.com) İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: İran Amerikanın casusluz pilotsuzunu müşayiət edən bu ölkənin 35 sərnişinə malik digər bir təyyarəsini vurmaqdan çəkindi.
Briqada generalı pasdar Əmir Əli Hacızadə İranın ərazi sularında vurulmuş Amerikanın casusluq pilotsuzunun qalığının təqdimatından sonra müxbirlər qarşısında bildirib ki, Amerikanın casusluz pilotsuzu izlənilən anda "P-8" tipli digər bir casusluq təyyarəsi də onun yaxınlığında uçmaqda idi ki, təqribən otuz beş sərnişini var idi. O, deyib: İran onu da vura bilərdi, amma bu işi görmədi.
General Hacızadə söyləyib: İranın Amerikanın casusluz pilotsuzunu vurmaqda məqsədi, bu ölkənin terrorçu qüvvələrinə xəbərdarlıq etmək idi.
İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı söyləyib: Ötən həftə də amerikalıların özləri bildirdilər ki, İran bizə tərəf atəş açıb və bizi vurub, yerə salmaq istəyirdi. O, deyib: Əgər İran istəsəydi, Amerikanın MQ-9 təyyarəsini keçən həftə vura bilərdi. Amma bu işi etmədi və yalnız amerikalılara xəbərdarlıq etdi.
General Hacizadə milli təhlükəsizliyi və ərazi bütövlüyünü İran İslam Respublikasının qırmızı xətti adlandırıb və belə deyib: Soruşmaq lazımdır ki, əgər İran təyyarəsi Vaşinqton sahillərinin sərhədlərində uçsaydı, amerikalılar hansı reaksiyanı verərdilər?
/129
İran başqa bir Amerika təyyarəsini də vura bilərdi
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: İran Amerikanın casusluz pilotsuzunu müşayiət edən bu ölkənin 35 sərnişinə malik digər bir təyyarəsini vurmaqdan çəkindi.