Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sudan Radio və Televiziyası bu gün səhər radələrində elan edib ki,Sudanda ordu hərbi çevriliş edib.
“Al-Mayadin” telekanalının bildirdiyinə görə, hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib.
Sudan medialaının bildirdiyinə görə, Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.
Paytaxt Xartuma axışan minlərlə etirazçı "Biz Qalibik! Süqut Etdi!" şüarlarını verirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır