25 mart 2019 - 14:29
İ. Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Xatırladaq ki, Minsk Qrupunun regiona son səfəri zamanı rəsmi Bakı və Yerevan ikitərəfli görüşə razılıq vermişdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

Bu barədə “RİA Novosti” agentliyinə diplomatik mənbədən məlumat daxil olub.

“Görüş həmsədrlərin vasitəçiliyi ilə martın 29-da Vyanada baş tuta bilər” - deyə mənbə məlumat verib.

Xatırladaq ki, Minsk Qrupunun regiona son səfəri zamanı rəsmi Bakı və Yerevan ikitərəfli görüşə razılıq vermişdi.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır