Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Bədr hərəkatının rəsmisi amerikalıların İraqdakı bazalarda 1000-ə qədər İŞID terrorçusuna təlim keçdiyini bildirib.
Bədr hərəkatının Ənbar vilayəti üzrə nümayəndəsi Əl-Malumiyə saytına verdiyi açıqlamasında, bəzi İŞİD terrorçularının xüsusi şərtlər altında olan amerikalıların onları böyük bir həssaslıqla mühafizə etdiyini qeyd edib.
Keçən həftə Arabi Post saytı da, Ənbardakı Ayn Əl-Əsəd bazasında 1000-dən artıq yaraqlının təlim keçdiyini bildirmişdi.
İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyası martın 1-i verdiyi bəyanatında Amerika qüvvələrinin bu bölgədə qalan İŞİD ünsürlərinə qarşı hücumlara mane olduqlarını bildirmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır