Əhlibeyt (ə) Xəbər Agentliyi abna-Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı "cip"in törətdiyi dəhşətli qəza barədə açıqlama verib.
Bu gün DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab verib.
DİN aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib.
Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.
Diqqət! Xəbərdən istifadə etdikdə əmnəbyə istinad lazımdır!