3 aprel 2017 - 20:44
Bəhreynin Ali-Xəlifə rejimi daha bir şiə alimin vətəndaşlığını ləğv etdi

"Bu görüntülər Bəhreyn xalqını təhrik etdi, Ali-Xəlifə rejimini isə lərzəyə gətirdi..."

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən-Ayətullah İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Dəqqaqın vətəndaşlığı əlindən alınıb.

Bu hadisəyə münasibət bildirən Şeyx Dəqqaq bildirib: “Ayətullah İsa Qasimin məhkəməsi ərəfəsində Qumda olan bir sıra ayətullahları, o cümlədən Ayətullah Hairi, Ayətullah Sübhani və Ayətullah Cavadi Amulini ziyarət etdim və onların hadisəylə bağlı fikirlərini paylaşdım. Təqlid mərcelərinin bu hadisəyə mövqeyi olduqca sərt idi. Ayətullah Hairi “İsa Qasimi ölüm bahasına olsa da müdafiə etmək lazımdır”, Aytullah Sübhani “Bəhreyndə olsaydım Şeyx İsa Qasimin evində olub, onu müdafiə edərdim”, Ayətullah Amuli isə “Bu torpaqlar Ayətullah İsa Qasimin uğrunda tökülən qanlarla təmizlənəcək” deyə bildirmişdi.

Bu görüntülər Bəhreyn xalqını təhrik etdi, Ali-Xəlifə rejimini isə lərzəyə gətirdi. Ali-Xəlifə rejimi buna görə mənim vətəndaşlığımı ləğv edərək, 10 il  həbs cəzasına məhkum etdi. Vətəndaşlığımın ləğv olunması mənim üçün şərəfdir və mənim bu yolda daha da həvəslə işləməyimə səbəb olacaq.”

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.

Tags