Əhlibeyt (ə) Xəbər Agentliyi-BMT-nin Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının (ESCWA) içraçı katibi Rima Xələf İsrail rejiminin işğalı altındakı ərazilərdə yaşayan fələstinlilərə qarşı ayrı-seçkilik etdiyini bildirən bir hesabat hazırlamışdır. Ancaq, gələn reaksiyalardan sonra, BMT-nin baş katibi Antonio Quterres hesabatın ləğv edilməsini istəmişdi. Xələf bu tələbdən sonra istefa etdiyini açıqlamışdı.
Hizbullah lideri Seyid Həsən Nəsrullah martın 19-da etdiyi çıxışında BMT-nin hesabatına dair mövqeyini qiymətləndirib: "Bu hadisə BMT-nin reallığını, yəni zəif olduğunu və ABŞ ilə İsrail rejiminin tələblərinə qarşı mövqe qoya bilmədiyini bir daha xatırlatdı".
BMT-nin bir hadisə qarşısında mövqe qoymaq üçün zəif olduğunu bildirən Nasrallah belə danışıb: "Bu hesabatın fiaskosu, regionumuzdakı insan hüquqlarının müdafiəsi məsələsində BMT-yə etimad edə bilməyəcəyimizi sübut etdi".
Nəsrullah çıxışında Suriyada yeddinci ilinə daxil olan qarşıdurmalara da toxunub: "Suriyadakı hadisələrin əvvəllərində "Suriyanın dostları" adı altında birləşənlər Suriyaya qarşı təxribatlar törətdilər. İki ay ərzində bu ölkəyə hakim olacaqlarını hesab etdilər. Hazırda qarşılarında bu acı həqiqət var. Ümidsizlik və məğlubiyyət. Bu ölkələrin hamısı uduzdu".
Nasrallah sözlərini belə davam edib: "Hazırda Suriyadakı düşmən cəbhəsində döyüşən suriyalılara müraciət edirəm: Bu layihə uğursuz oldu, məğlub oldu. Netanyahu Moskvaya getdi və Putinə sığındı".