Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ hərbi təyyarələri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Yəmənin paytaxtı Səna və Yəmənin Şimalinda Səada şəhərinin şimalın məntəqələrindəki hədəfləri bombalayıb.
“New York Times” Amerika rəsmisinə istinadən iddia edib ki, bu kütləvi hava hücumu zamanı Yəmən silahlı qüvvələrinin radarları, hava hücumundan müdafiə vasitələri, raket sistemləri və pilotsuz təyyarələri hədəf alınıb.
Aağıldan kəm olan ABŞ prezidenti Donald Tramp ABŞ-ın Sənaya endirdiyi hava hücumu ilə bağlı bu sözləri deyib: “Yəməndə husilərə qarşı qəti və sürətli hərbi əməliyyat əmri verdim.”
Bambılı, ABŞ-ın işğalçılığına qarşı müqavimət göstərən ölkələri xüsusi ilə də Yəməni terrorçu və pirat adlandıraraq sözlərinə davam edib:
“Husilər Amerika gəmiləri, təyyarələri və dronlarına qarşı davamlı olaraq “piratlıq, zorakılıq və terrorizm” kampaniyası aparırlar. Husilər dünyanın ən mühüm su yollarından birində (Qırmızı dəniz) nəqliyyatı bağladılar və qlobal ticarətin böyük hissəsini dayandırdılar. Heç bir “terrorçu qüvvə” ABŞ-ın ticarət və dəniz gəmilərinin dünyanın su yollarında hərəkət etməsinə mane olmayacaq.”
ABŞ prezidenti Yəmən silahlı qüvvələrinə müraciət edərək bildirib ki, vaxtınız bitib və bu gün hücumlarınız dayandırılmalıdır.
O, həmçinin İranı hədələyib və iddia edib ki, İranın husilərə dəstəyi dərhal dayandırılmalıdır. Amerika xalqını və ya prezidentini təhdid etməyin.
Yəmənin Səhiyyə Nazirliyi ABŞ işğalçı qüvvələrinin Sənanın yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 13 Yəmən vətəndaşının şəhid olduğunu açıqlayıb.
Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri bu hücumlara cavab olaraq, bu təcavüzləri cavabsız qoymayacaqlarını açıqlayıb və gündəmlərində cavab tədbirlərinin olduğunu vurğulayıblar.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
Sizin rəyiniz