16 mart 2025 - 11:34
İranın BMT-dəki səfiri: İslamofobiya İsrail rejiminin işğalına və cinayətlərinə haqq qazandırmaq üçün bir vasitədir

Əslən İranın İrəvan vilayətindən olan Əmir Səid İrəvani BMT-nin Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş Yüksək Səviyyəli İclasında müsəlmanlara qarşı nifrətin yayılmasının artması tendensiyasını pisləyib və bildirib ki, sionist rejim İslamofobiyadan öz işğalı və Fələstin xalqına qarşı cinayətlərinə haqq qazandırmaq üçün bir alət kimi istifadə edir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi müsəlmanlara qarşı nifrətin yayılmasının artması tendensiyasını pisləyib və deyib: “İslamofobiya sionist rejimin işğalına və cinayətlərinə haqq qazandırmaq üçün bir vasitədir.”

İran İslam Respublikasının BMT-dəki yüksək səviyyəli diplomatı sionist rejimin işğalına və Fələstin xalqına qarşı davamlı zülmünə toxunaraq vurğulayıb: “Dünya hər gün öz vətənlərində işğal altında yaşayan fələstinlilərə qarşı amansız təcavüzün şahidi olur. Qüdsü işğal etmiş rejim müttəfiqləri ilə əməkdaşlıq edərək İslam ilə terrorizm arasında saxta əlaqə yaratmaqla öz hərbi cinayətlərinə, aparteid siyasətinə və sistemli repressiyalarına haqq qazandırmağa çalışır”.

İran İslam Respublikasının BMT-dəki səfiri əsas media və sosial şəbəkələrin İslamofobiyanın təbliğindəki roluna toxunaraq deyib: “Bu təbliğat şəbəkələri təkcə müsəlmanları hədəf almadılar, həm də nifrət mühitini alovlandırmaqla Fələstin xalqının qanuni müqavimətini gözdən salmağa çalışırlar”.

O, həmçinin vurğulayıb ki, bəzi Qərb ölkələrində ayrı-seçkilik və anti-İslam siyasətləri əslində sionist rejimin maraqlarına uyğundur və bu, onun fələstinlilərə qarşı cinayətlərini ört-basdır etməyə xidmət edir.

İrəvani sözünə davam edərək bəzi Qərb ölkələrində ifadə azadlığı adı altında İslami dəyərlərə, müqəddəs məkanlara və Qurani-Kərimə qarşı edilən təhqirləri pisləyib və bütün ölkələri öz milli qanunlarında İslam müqəddəslərinin təhqir edilməsini və müsəlmanlara qarşı nifrətin yayılmasını cinayət hesab edəcək şəkildə dəyişdirməyə çağırıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi çıxışının sonunda Migel Anxel Moratinosun BMT baş katibinin islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmasını alqışlayıb və İranın bu istiqamətdə onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha