15 fevral 2017 - 16:30
Şeyx İsa Qasim Türkiyəyə sürgün oluna bilər

Bəhreyn kralı Həmd bin İsa Ali Xəlifə ilə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan arasında Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimin Türkiyəyə sürgün edilməsi haqqında razılıq əldə olunduğunu bildirir

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Türkiyənin kral Həmd bin İsa tərəfindən seçilməsi ona görədir ki, bu ölkə  Ali Xəlifə rejiminin Ayətullah İsa Qasim haqqındakı siyasətləri və onun vətəndaşlıqdan çıxarılmasına qarşı deyil. Həm də bu ölkədə Bəhreyn rejimi Ayətullah Şeyx İsa Qasimi və onun tərəfdarlarını daha yaxşı nəzarətdə saxlaya bilər. 

Şeyx İsa Qasim 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun vətəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz bölgəsində etirazlar davam edir.

Qeyd edək ki, bir müddət öncə Bəhreyn təhlükəsizlik rəsmilərindən Əmcəd Taha öz twitter səhifəsində tezliklə Ayətullah Şeyx İsa Qasimin Bəhreyndən sürgün ediləcəyi ilə bağlı paylaşım etmişdir.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags