15 fevral 2017 - 16:05
Bəhreyndə növbəti dəfə Ali-Xəlifə rejimi əleyhinə etiraz aksiyası

İnqilabın başlanmasından 6 il keçməsinə baxmayaraq, Bəhreyn xalqı etirazları getdikcə artırmağa davam etdirir.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Bəhreynin 20-yə yaxın məntəqəsində minlərlə insanın iştirakı ilə səhər saatlarından etibarən inqilabın ildönümü ilə bağlı nümayişlər təşkil olunub. Ali Xəlifə rejiminin siyasəti əleyhinə şüarlar səsləndirən bəhreynli fəallar, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasım və siyasi məhbuslarla həmrəy olduqlarını elan ediblər.

Səhər saatlarında Bəhreyn təhlükəsizlik qüvvələri Əbu, Sabia, Əs-Sahura və Əl-Mamir bölgələrində göz yaşardıcı qazdan istifadə edərək, nümayişçiləri dağıtmağa çalışıb. Ancaq bəhreynlilər bütün təzyiq, hücum və zorakılıq cəhdlərinə baxmayaraq, etiraz aksiyalarını inqilabın ildönümündə davam etdiriblər.

Digər tərəfdən, Bəhreyn təhlükəsizlik qüvvələrinin fəallara hücumları nəticəsində bəzi nümayişçilər yaralanıb. Bəhreynlilər küçə və prospektlərinin çoxunu barikadalarla bağlayaraq, Ali Xəlifə qüvvələrinin yaşayış ərazilərinə girmələrinə mane olublar.

Bu arada mülki geyimli polis də, təhlükəsizlik qüvvələrilə birlikdə Bəhreyn xalqının nümayişlərini dağıtmaqda iştirak edib.

Bəhreyn xalqı qanuni və seçilmiş bir rəhbərliyinin hakimiyyətə gəlməsi, ayrı-seçkiliyə son qoyulması, siyasi islahatların aparılması, insan hüquqlarına hörmət edilməsi, ölkədə ədalət və azadlıqların bərpasını istəyir.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags