17 yanvar 2017 - 19:23
Şiələr Ali Xəlifə rejiminə qarşılıqlı olaraq silahlı mübarizəyə başladı –Video

Qum Elmi Hövzəsində Ali Ruhani təhsili alan təşkilatın lideri Höccətül İslam Seyid Mürtəza Sənədi bu barədə məlumat verərək bildirib: “Bəhreyn xalqının sivil mübarizəsinin xalqa zülmdən başqa heç bir nəticəsi olmadı. Hərəkatımızın üzvləri bu gündən etibarən silahlı mübarizəyə başladı.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn Şiələrinin “əl-Vəfa” hərəkatı sələfi əqidəli Ali-Xəlifə padşahlıq rejimi ilə silahlı mübarizəyə başladığını elan edib.

Qum Elmi Hövzəsində Ali Ruhani təhsili alan təşkilatın lideri Höccətül İslam Seyid Mürtəza Sənədi bu barədə məlumat verərək bildirib: “Bəhreyn xalqının sivil mübarizəsinin xalqa zülmdən başqa heç bir nəticəsi olmadı. Hərəkatımızın üzvləri bu gündən etibarən silahlı mübarizəyə başladı.”

Qeyd edək ki, bu hərəkat 2009-cu ildə təsis olunub.

Xatırladaq ki, Bəhreynin Ali Xəlifə rejimi açıq-aşkar öz müxaliflərinə qarşı soyqırıma start verib. Müxaliflər küçələrdə öldürülür, həbs olunaraq edam edilirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags