Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Üç Şiə gəncin edam edilməsinə etiraz edən nümayişçilər arasında çıxan qarşıdurmalarda bu ölkənin şimalında bir bələdiyyə binası yandırıldı.
Bəhreynin daxili işlər nazirliyi bunun bir yanğın hadisəsi olduğunu və xilasetmə qruplarının yanğını nəzarət altına aldıqlarını iddia edir.
Bəhreynin inqilabçı xalqı dünəndən üç Bəhreynli gəncin qəddar bir şəkildə edam edilməsindən sonra bu ölkənin müxtəlif yerlərində geniş nümayişlər tənzimləməyə başlayıblar.
Birləşmiş millətlər təşkilatı, Bəhreynli bu üç gəncin öldürülməsinin beynəlxalq qanunlara zidd olduğunu və mühakimə etmənin da ədalətli olmadığını bildirdi.


Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!