Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nardaran hadisələri zamanı şəxsi mənzilində heç bir cinayət hadisəsi törətmədən həbs olunan İlahiyyatçı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib.
Vəkili Rüstəm Zülfüqarovun bildirdiyinə görə, dünən Nəsimi Rayon Məhkəməsində Zülfüqar Mikayılzadənin həbs müddətinin ev dustağlığına buraxılması haqqında iclas keçirilib.
Ədalətsiz məhkəmənin ədalətsiz hakimi Ruhaninin ev dustağlığına buraxılmasına "yox" deyib.
Mart ayının 18-də isə, bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilib.
İlahiyyatçının vəkili Hacı Zülfüqar Mikayılzadənin səhhətinin və ruhiyyəsinin yaxşı olduğunu, bütün möminlərə salam dediyini və Novruz bayramı münasibətilə təbrik etdiyini bildirib.
Taleh Bağırovun apellyasiya şikayəti təmin edilməyib.
Bu haqda Tale Bağırovun martın 18-də vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb: “Ona qanuni münasibət göstərilmir”.
Vəkil bildirib: “Bu gün Bakı İstintaq Təcridxanasında Taleh Bağırovla görüşdüm. Hər hər kəsin Novruz bayramını təbrik etdi”.
Vəkilin sözlırinə görə, hələ də Taleh Bağırova görüşlərə, telefon danışıqlarına şərait yaradılmır. Təcridxanada ona normal qanuni münasibət göstərilmir:
“Daha sonra Taleh Bağırovla şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirildi. Şahidin sərbəst ifadə verməsinə şərait yaradılmamasına etiraz olaraq, həmçinin şahidlərə təzyiq göstərildiyini əsas gətirərək, Taleh Bağırov üzləşməkdən imtina etdi. Həmçinin bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə Taleh Bağırov barəsində həbsdə saxlama müddətinin uzadılmasından verdiyimiz apellyasiya şikayətinə baxıldı və apellyasiya şikayəti təmin edilmədi”.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırov digər 14 nəfərlə birlikdə 2015, noyabrın 26-da Nardaran qəsəbəsində Nardaran sakinləri olan Bunyatovlar qardaşlarının evində Zöhr və Əsr namazlarını qıldıqları zaman İlham Əliyevin bir başa nəzarəti ilə keçirlən “polis əməliyyatı” zamanı güllə qlpələri ilə yaralanaraq saxlanılıblar. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da silahdaşları tərəfindən vurularaq həlak olduğu deyilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır