Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:: İsrailin Cənubi Livana hava hücumları kəskin şəkildə artıb. Livan ordusu bildirir ki, iyunun 26-da əldə edilmiş çərçivə razılaşmasından bəri İsrail tərəfindən təxminən 7 700 pozuntu qeydə alınıb. Son hücumlarda yüzlərlə insanın öldüyü və yaralandığı bildirilir.
İsrail qırıcı təyyarələri Xiyam, Sərbin, Mənsuri, Nəbatiyyə əl-Fovqa və digər yaşayış məntəqələrinə zərbələr endirib.
Livan Səhiyyə Nazirliyinin Təcili Əməliyyat Mərkəzi İsrail dronunun avtomobilə endirdiyi zərbə nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını açıqlayıb.
BMT baş katibi Antonio Quterreş də yəhudi azğınlarının Cənubi Livanda, xüsusilə Nəbatiyyə və ətrafında hərbi əməliyyatları intensivləşdirməsindən “dərin narahatlıq” ifadə edib.
Livan rəsmilərinin məlumatına görə, martın 2-dən etibarən ölkədə müharibə qurbanlarının sayı 4 300-ü keçib.
Bu arada ABŞ vasitəçiliyi ilə Livan və İsrail arasında yeni danışıqlar raundunun sentyabr ayında Romada keçirilməsi üçün hazırlıqlar davam edir.
Sizin rəyiniz