13 sentyabr 2026 - 14:52
ABŞ İraqdan çıxır: Vaşinqtonun 20 illik hərbi macərası bitir — İran və Müqavimət üçün Böyük Qələbə

ABNA: ABŞ qüvvələrinin İraqdan çıxarılması prosesi yekun mərhələyə çatıb. Atlantik Şurasının hesabatına görə, son ABŞ hərbçiləri sentyabrın 30-da ölkəni tərk edəcək. Keçmiş amerikalı diplomat isə bu gedişi İran və Müqavimət qrupları üçün mühüm strateji nailiyyət kimi qiymətləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın İraqdakı hərbi mövcudluğu 2003-cü ildəki işğaldan sonra ölkənin siyasi və təhlükəsizlik həyatının əsas elementlərindən birinə çevrilmişdi.

Atlantik Şurasının hesabatına görə, “Sarsılmaz Qətiyyət” əməliyyatı başa çatmaq üzrədir və son ABŞ qüvvələri sentyabrın 30-da İraqdan çıxacaq.

Hesabatda qeyd olunur ki, ABŞ hərbi mövcudluğu uzun illər ərzində həm Müqavimət qruplarının hədəfinə çevrilib, həm də İraqın Şiə siyasi qüvvələri arasında narazılıq yaradıb.

ABŞ-ın İraqdakı keçmiş səfiri Alina Romanovski isə hesab edir ki, Vaşinqton üçün bu missiya birbaşa İranla mübarizə məqsədi daşımayıb.

Lakin onun sözlərinə görə, İran uzun illərdir ABŞ-ın regiondakı hərbi mövcudluğunun azalmasını əsas təhlükəsizlik prioritetlərindən biri hesab edib.

Bu baxımdan hesabat müəllifləri ABŞ-ın İraqdan çıxmasını İran və regiondakı Müqavimət qrupları üçün əhəmiyyətli nəticə kimi qiymətləndirirlər.

Sizin rəyiniz

You are replying to: .
captcha