Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, hegemonluq xülyaları ilə yaşayan və günü gündən dünyada nüfuzunu itirən Amerika Birləşmiş Ştatlarının qüdrəti artıq iflasa yaxınlaşmaq üzrədir.
Belə ki, daim ABŞ işğalçı rejimindən zərər çəkən Venesuela vətəndaşları ölkədə hər il keçirtdikləri “Pak” bayramı münasibəti ilə, ABŞ-ın imperialist siyasətlərinə etiraz əlaməti olaraq prezident Barak Obamanın kuklasını yandırıblar.
Paytaxt Karakas başda olmaqla ölkənin digər şəhər və bölgələrində də, Obamanın qaradərili kuklasını yandıran Venesuelalılar həmçinin Amerika pərəst müxalifət partiyalarının rəhbərlərindən olan Enrike Kaprilis və Nikolas Madurunun kuklalarını yandırıblar.
Karakasda Barak Obamanın kuklasını yandıranlardan biri qeyd edib ki, Obama Sülh nobel mükafatına laiq adam deyil. Çünki Obama dünyaya və bütün ölkələrə ziyan vuranın ünsürdür. O, yer üzərində ən mənur çehrədir. Obama dünyada ən çox qətl hadisələri törədən və sair xalqların hüquqlarını aşkara kobudcasıan pozan bir şəxsdir.
Qeyd edək ki, Venesuela vətəndaşları Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən Venesuelanı təhlükə adlandırmasına qarşı imza kampaniyasına başlayıblar. Onlar imza kampaniyasını Obamanın verdiyi qanunsuz qərarından geri dönənə kimi davam etdirəcəklərini bildiriblər.
İmza Kampaniyasının əsas hədəfi imzaların sayını 10 milyona çatdıraraq, Panamada keçiriləcək Amerika Qitəsi ölkələrinin Zirvə Topluntusuna sülh mesajı ünvanında təqdim etməkdir.












Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır