27 mart 2015 - 13:35
İrandan Ərdoğana cavab

İranın xarici işlər naziri Cavad Zərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İran Yəməndən çıxmalıdır”, - sözlərinə cavab verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran Türkiyə prezidentinin ittihamlarına cavab Verdi

İranın xarici işlər naziri Cavad Zərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İran Yəməndən çıxmalıdır”, - sözlərinə cavab verib.

Cavad Zərif bu barədə belə danışıb: “İran bölgədəki bütün qardaşları ilə Yəmən daxilində olan fərqli qrupların həyatə keçirəcəyi, Yəmənin suverenliyini və təhlükəsizliyini təmin edəcək bütün dialoqlara qatılmağa hazırdır. Türkiyə ilə müxtəlif sahələrdə olan strateji əlaqələrə hörmət edirik. Hazırda bütün ölkələr bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün çalışmalıdır. Strateji səhvlər, iddialı siyasətlər və öz xəyalındakı üsulları tətbiq edərək kompensasiyası mümkün olmayan zərərlərə səbəb olan insanların, cavabdehlik siyasətini mənimsəyərək regionda əmin-amanlıq və yaxınlığı bərqərar etmək üçün mövcud potensialdan istifadə etmələri daha yaxşı olar”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər