Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, PKK alman silahlarını ələ keçirdi
Türkiyə mediasında bu dəqiqələrdə yayılan xəbər ölkə gündəminə bomba kimi düşüb.
Almaniyanın İŞİD-ə qarşı döyüşmək üçün peşmərgəyə göndərdiyi silah-sursat PKK-nın əlinə keçib.
“Şpigel” nəşrinin verdiyi məlumatda çoxlu sayda əl bombalarının terrorçular tərəfindən götürüldüyü bildirilir.
Ötən həftə Almaniya peşmərgəyə silah və tibbi ləvazimat göndərməklə bağlı qərar vermişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır