Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 30 Yanvar 2015 tarix, yerli vaxt ilə saat 07:00 radələrində sələfi terrorçuları İraq azərbaycanlılarının kompakt yaşadıqları Kərkük əyalətinin cənub bölgəsinə üç səmtdən hücuma keçiblər.
Yaraqlılar hücumlarına Qəsri Kərkük oteli və şəhərdəki həbsxana qarşısında bomba qurğuları ilə yerləşdirilmiş maşınları partlatmaqla başlayıblar.
İraq Təhlükəsizlik Qüvvələri və İraq Milli Ordusu ilə Kürd Peşmərqə könüllü dəstələri birlikdə yaraqlıların hücumları qarşısında möhkəm dayanaraq, sələfi ünsürlərini geri oturtmağa məcbur ediblər.
İraqın əl Huce xəstəxanasından veriəm məlumata görə, baş verən amansız qarşıdurmada adnormal sələfi ünsürlərindən 110 ünsürü məhv edilmiş, 150 nəfərdən çoxu ağır dərəcəli bədən xəsarətləri ilə yaralanmışdır.
İraq Təhlükəsizlik Qüvvələri bildiriblər ki, 1 saat 30 dəqiqə davam edən amansız hücum təkfirçi ünsürlərinin ötən ilin iyun ayından bəri neft yataqları ilə zəngin olan Kərkük əyalətinə olunan hücumları arasında ən ağırı idi.
Xatırladaq ki, 2014-cü ilin iyun ayında sionist qüvvələrinin lehinə çalışan adnormal sələfi ünsürləri İraqın Kərkük, Neynəva, Səlahud Din və Diyalə əyalətlərinin yerləşdiyi şimal və şimal şərq məntəqəsinin bir çox hissəsini İraqın Səddam dovründən qalma 3 generalın satqınçılığı sayəsində ələ keçirtmişdilər.


















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır