Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiya Müdafiə naziri Sergey Şoyqu, nazirlikdə keçirdiyi dəyərləndirmə konfransında 2015-ci il üçün planlarını açıqladı. O, cari 2015-ci ili hərbi hücum ili olaraq elan etdi.
Bu il bütün strateji istiqamətlərdə silahlı qüvvələrin müharibə qabiliyyətlərinin inkişaf etdirilməsinə diqqətin yönəldiləcəyini bildirən Sergey Şoyqu, "Xüsusilə Krım, Kaliningrad və Şimal Qütbündə olan hərbi güclərimizi gücləndirəcəyik" deyərək vurğuladı.
Sergey Şoyqu, daha sonra 2015-ci ildə Rusiya Silahlı Qüvvələrinə 701 zirehli maşın, iki "İskəndər-M 'raket sistemi, 1,545 müxtəlif maşın növləri, 126 təyyarə, 88 vertolyot, iki sualtı və beş döyüş gəmisinin qatılacağını bildirdi.S. Şoyqu həmçinin Şimali Qütbündəki 10 havalımanının yenidən qurulacağı məlumatını da verdi.
Rusiya Müdafiə naziri son olıaraq, bu il dövlət müdafiə sənayesi alışlarının yüzdə 20 %, nazirliyin inşa etdiyi layihələrin isə yüzdə 30 % artacağını qeyd etdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır