12 yanvar 2015 - 16:39
Almaniyada növbəti anti-İslam hadisə qeydə alındı – Müsəlmanların Məscidi ikinci dəfə təhqir edildi – Foto

Almaniya İslam İttifaqı Cəmiyyətinin sədri professor Nuzət Yaşar: “Biz dəfələrlə məntəqənin təhlükəsizlik orqanlarına sağçı radikal qruplaşmaların fəaliyyəti və onların Müsəlman əhalisi habelə Məscid və İbadət ocaqları üçün nə dərəcədə xətərli olduğu haqda məlumat vermişik”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün səhər radələrində Almaniyanın Dormagen şəhərində inşa mərhələsində olan Məscid son bir neçə gün ərzində ikinci dəfə anti-İslam ünsürlərin hücumuna məruz qalaraq təhqir olunub.

Məscidin divarlarına yazılan anti-İslam, faşist mənşəli şüarlar və sınıq səlibin çəkilməsi səbəb olub ki, Almaniya İslam İttifaqı Cəmiyyətinin məsul şəxsləri hadisə yerin gəlsin.

Almaniya İslam İttifaqı Cəmiyyətinin sədri professor Nuzət Yaşar Almaniyada baş verən anti-İslam hadisəni məhkum edərək bildirib: “Bir müddət bundan öncə bu Məscid oxşar hücuma məruz qalmışdır. Biz baş verən ilk hadisə zamanı dövlət rəsmilərinə müraciət edərək faktla bağlı araşdırma işlərinə başlanmasını istəmişdik. Lakin təsüflə qeyd etməliyik ki, artıq belə bir hörmətsizlik hadisəsinin ikinci dəfə şahidi oluruq”.

O, daha sonra bildirib: “Biz dəfələrlə məntəqənin təhlükəsizlik orqanlarına sağçı radikal qruplaşmaların fəaliyyəti və onların Müsəlman əhalisi habelə Məscid və İbadət ocaqları üçün nə dərəcədə xətərli olduğu haqda məlumat vermişik”.

Qeyd edək ki, Məscidin inşasına 2012-ci ildə başlanılıb. Bu gün isə, yerli vaxtla 05:00 radələrində Məscid faşist aktivistləri tərəfindən hücuma məruz qalıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags