12 yanvar 2015 - 16:11
Çin rejimi Sin kiyang Muxtar Respublikasında Hicabı qadağan etdi

Xəbərdə qondarma qanunun haçan qüvvəyə minəcəyi və “xətəkarların” necə cəzalanacaqları deyilməsə də, lakin Çin rejiminin belə bir addım atması rejimin Müsəlmanlara qarşı yürütdüyü zorakılıq siyasətinin bariz nümunəsidir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çin kominist rejimi ölkənin şimal qərb nahiyyəsində yerləşən Müsəlmanların kompakt yaşadıqları Sin Kiyang Muxtar Respublikasında (Çinin Türküstan əyalətində) Hicabı qəti sürətdə qadağan edib.

Xəbərdə qondarma qanunun haçan qüvvəyə minəcəyi və “xətəkarların” necə cəzalanacaqları deyilməsə də, lakin Çin rejiminin belə bir addım atması rejimin Müsəlmanlara qarşı yürütdüyü zorakılıq siyasətinin bariz nümunəsidir.

Qeyd edək ki, bir müddət bundan öncə Çin rejimi ölkədaxilində dini sms və sosial şəbəkələrdə dini məzmunlu paylaşmaların yyımlanmasını qadağan edən qanun qəbul edərək “xətəkarların” cəzalandırılacaqlarını bildirmişdir.

Çin rejimi elan edərək bildirib ki, dini məzmunlu sms və paylaşmalar Milli Vəhdətə xələl gətirə biləcəyi üçün qadağan edilib.

Kominist rejimin sms və paylaşmalr üçün tətbiq etdiyi cərimələr 5 – 30 min Yuan arasıdır.

Bildirək ki, hər 30 min Yuan 5, 000 ABŞ dollarına bərabərdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags