Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreyn xalqının ölkəyə qeyriqanuni yolla hakim kəsilmiş, hiyləgər İngiltərə krallığı tərəfindən dəstəklənən vəhhabi əqidəli Xəlifə sülaləsinin cinayətlərinə qarşı sülhamiz etiraz aksiyaları davam edir.
Ötən gün Bəhreyn xalqı Əl Vifaq partiyasının Katibi Höccətül İslam vəl Müslimin Şeyx Əli Səlmanın qanunsuz həbsinə etiraz əlaməti olaraq vəhhabi rejiminə qarşı növbəti sülhamiz aksiya təşkil ediblər.
Məlumata görə, mənfur rejimin Səudi Ərəbistanından gətizdirdiyi müzdlü qüvvələri bir daha aksiya iştirakçılarına qarşı hücuma keçərək, zəhərli gözyaşardıcı qazlardan, plastik gülələrdən istifadə ediblər.
Qarşıdurma zamanı aksiya iştirakçılarınından bir neçə nəfər yaralanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır