Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sepahın (İslam İnqilabı Mühafizəçiləri) Baş Komandiri general-mayor Muhəmməd Əli Cəfəri “Cihad və Şəhadət Qabaqcılları Konqresi”nə göndərdiyi mesajda vurğulayıb: “Qarşıda bizi mühüm və təyin edici günlər gözləyir. İslam İnqilabının hələ həlledici irəlləri və ayları irəlidədir”.
General-mayor Muhəmməd Əli Cəfərinin “Cihad və Şəhadət Qabaqcılları Konqresi”nə göndərdiyi mesajın mətni belədir:
“Cihad və Şəhadət qabaqcılları mütləq bütün səhnələrdə hazır olmalıdırlar. Qarşıda bizi mühüm və təyin edici günlər gözləyir. İslam İnqilabının hələ həlledici irəlləri və ayları irəlidədir.
Haqqın batilə qarşı tutduğu cəbhələr həmçinin Müqəddəs Müdafiə illərindən sonrakı illərdə Çalışqanlıq və İnşaat səhnələri Bəsicilərin (Könüllü Qüvvələrin) ixlas və kəramətlərinin parlaq aynasıdır.
Quranın həqiqətinə varanlar Müqəddəs Müdafiə illəri və ondan sonrakı illərdə Şəhadət feyzinə nail olmayıb Bəsici ideologiyasını, ruhiyyəsini və bəsiciliyi inkişaf etdirən Bəsici Bayrağını göyə ucaldanlar bilməlidirlər ki, Cihad və Şəhadət Qabaqcılları daim bütün səhnələrdə hazır olmalıdır və qaniçən dünya imperialistlərinin hiylələrindən qafil olmamalıdırlar.
Ümid edirəm ki, əziz İmam Xomeyni (rizvanullahi təala əleyh) həzrətlərinə iqtida edərək İslam Hökümətinə xidmət göstərib bu qurluşun İmam Xamenei cənablarının idarəçiliyi altında əldə etdiyi böyük naliyyətlərini qoruyaraq, daim sabitqədəm olaq. Hər birimiz hər hansı bir mövqeiyyəti tutduğumuzdan aslı olmayaraq İlahi vəzifəmizə əməl edə bilək”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır