Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, tanınmış ruhani Azərbaycan İslam Partiyasının ön səflərində qərar tutmuş Höccətül İslam və Muslimin Hacı Seyid Həsən Həsənzadə və ictimai xadim "Fəzilət" partiyasının sabiq sədri Hacı Gündüz Hacıyevin fani dünya ilə vidalaşmalarından üç il ötür.
İslamazeri.az-ın verdiyi xəbərə görə, həyatını İslamın təbliğatına, müdafiəsinə həsr etmiş hər iki şəxsin vəfat günləri dekabrın son günlərinə təsadüf edirdi.
Azərbaycanın İslami Cameəsində öz yerləri olmuş hər iki ictimai, siyasi və inanclı şəxsiyyətləri hüznlə yad edir və Allahdan bir daha onlara rəhmət diləyirik.
Allah rəhmət etsin!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır