Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın şimal məntəqəsində, kürdlərin kompakt yaşadıqları Eynul Ərəb (Kubani) şəhərində gedən qızğın döyüşlərdə Kubani şəhərinin müdafiəçiləri, vəhhabi düşmən qüvvələrinin amerikalı komandirini məhv etdiklərini bildiriblər.
əl-Məyadin xəbər kanalının verdiyi məlumatında da deyilir ki, Kubani şəhərini müdafiə edən könüllü silahlı qüvvələrin öldürdükləri amerikalı komandirin ləqəbi Əbu Muhəmməd əl-Amrikaidir.
Bu ara qondarma “İŞİD” terror qruplaşmaya aid saytlar da, xəbərin doğruluğunu təsdiqləyərək Əbu Muhəmməd əl-Amrikainin fotosunu yayımlayıblar.
Qeyd edək ki, Əbu Muhəmməd əl-Amrikai əksər terror əməliyyatlrını “İŞİD Cəlladı” adı ilə şöhrət tapmış Əbu Əbdül Rəhman əl-İraqi adlı vəhşi cinayətkar ilə birlikdə həyata keçirdikdən sonra öz fotosunu fərəh duyğuları ilə sosial şəbəkələrdə yayımlayırdı.







Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır