Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bazar günü Səudiyyə terrorçu vəhhabi rejiminin “Aramco” neft emalı zavoduna dron hücumu barədə məlumat verib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bəyanatında bildirib:
“Yəmən Silahlı Qüvvələri dron hücumu həyata keçirərək Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən “Aramco” neft emalı zavodunu hədəfə almağa nail olub. Hücum dəqiq olub.”
O bildirib ki, “bu hücum Səudiyyə düşməninin Səədə və Həccə əyalətlərinin hava məkanına həyata keçirdiyi dron hücumuna cavab olaraq həyata keçirilib.”
Bundan əvvəl də Yəmən Silahlı Qüvvələrinin sözçüsü Sənanın genişmiqyaslı əməliyyat çərçivəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Mərib və Həzrəmövt əyalətlərindəki toplanış məntəqələri və düşərgələrini ballistik raketlər və dronlarla hədəfə aldığını açıqlamışdı.
O bildirmişdi ki, bu əməliyyat Səudiyyə Ərəbistanına bağlı qüvvələrin genişmiqyaslı hərbi hərəkətlərinin və toplanışlarının müşahidə edilməsindən sonra həyata keçirilib. Bu qüvvələrin Ənsarullahın nəzarətində olan ərazilərə qarşı əməliyyata başlamağa hazırlaşdığı bildirilmişdi.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, əməliyyat nəticəsində Səudiyyə Ərəbistanına bağlı qüvvələrdən yüzlərlə nəfər ölüb və ya yaralanıb. Həmçinin Yəmənin şərqində yerləşən əl-Vədiə bölgəsində bir sıra düşərgələrin, silah anbarlarının, qüvvələrin toplanış məntəqələrinin və hərbi maşınların məhv edildiyi açıqlanıb.
Bəyanatda Səudiyyə Ərəbistanına xəbərdarlıq edilərək vurğulanıb ki, hər hansı yeni hərbi addım qarşılıqlı cavabla qarşılanacaq.
Yəmən Silahlı Qüvvələri həmçinin Ər-Riyadla müttəfiq olan yəmənli qüvvələrə müraciət edərək, yeni qarşıdurma başlamazdan əvvəl öz mövqelərini tərk etmələrini istəyib.
Sizin rəyiniz