Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu İŞİD-ın nəzarətindəki Rəqqa bölgəsində bir neçə binanı bombalayıb
Ordu rəsmiləri bombalanan yerlərin silah depoları olduğunu açıqlayıb.
Hücum zamanı 30-a yaxın terrorçunun öldüyü önə çəkilir.
İŞİD saytları isə hədəfdə mülkü vətəndaşların öldüyünü açıqlayıblar.
Xatırladaq ki, SANA 6 sentyabrda Quneytrə bölgəsində "Nusra"nın minamyot atan tağımını hədəfə alması nəticəsində 20-dən çox terrorçunun öldüyünü də yayıb. Məlumata görə, əməliyyatlar Hələb, Homs, Dəra, Dəməş və İdlibdə də keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır