Əhli Beyt (əleyhim səlam) ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yaxın Şərq medialarında qondarma “İŞİD” beynəlxalq terror qruplaşmasının komandiri Əbu Bəkr əl-Bəğdadinin “sağ əli” kimi tanınan Əbub Hacər əl-Suri həlak olub.
Sabiq “Bəs” partiyasının üzvü olan, sonralar qondarma “İŞİD” terror qruplaşmasının sıralarına qatılan Əbu Hacər əl-Suri iki gün öncə İraq Hava Qüvvələrinin, terrorçuların Mosul şəhəri ətrafındakı qərərgahlarına endirdikləri hava zərbələrindən sonra öldüyü açıqlanıb.
Qeyd edək ki, əl-Məyadin TV kanalının verdiyi xəbərlərdə bildirilib ki, İraq Müdafiə Nazirliyi də, öz növbəsində əl-Surinin öldüyü xəbəri təyid edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır