6 sentyabr 2014 - 16:07
Qondarma “İŞİD” terror qruplaşmasının ən son statistikası \ Terrorçular sırasında türklər rekord vurdu!

11 mindən çox yaraqlılardan 1300-dən artığı İngiltərə və avropalıdır. Qalan Türkiyədən 3000 nəfər, Rusiyadan 1950 nəfər, Serbiyadan 1800 nəfər, Belçikadan 1700 nəfər, Albaniyadan 1000 nəfər, Kosovodan 1100 nəfər, Azərbaycandan 450 nəfər qondarma “İŞİD” qruplaşmasında iştirak edir.

Əhli Beyt (əleyhim səlam) ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən Cümə günü, əldə etdiyimiz məlumata görə ABŞ, İngiltərə, Avropa Birliyi, işğalçı sionist rejimi, Türkiyə, Ərəb Liqası, Qətər və s. rejimlər tərəfindən icad edilən qondarma “İŞİD” adlı beynəlxalq terror təşkilatı qruplaşmasının son statistikası açıqlanıb.

Məlumatda bildirilir ki, “hazırda İraq və Suriyada dünyanın 70 ölkəsindən gəlmiş terrorçu döyüşməkdədir. Onların sayı artıq 11 min nəfəri keçmək üzrədir”.

11 mindən çox yaraqlılardan 1300-dən artığı İngiltərə və avropalıdır. Qalan Türkiyədən 3000 nəfər, Rusiyadan 1950 nəfər, Serbiyadan 1800 nəfər, Belçikadan 1700 nəfər, Albaniyadan 1000 nəfər, Kosovodan 1100 nəfər, Azərbaycandan 450 nəfər qondarma “İŞİD” qruplaşmasında iştirak edirlər.

Adının açıqlanmasını istəməyən əkskəşfiyyatçı mənbə bildirib: “Qeyd etməliyəm ki, Fransa, İngiltərə, Almaniya və Hollandiya Kəşfiyyat Dairələri qondarma “İŞİD” terrorçu təşkilatına üzv olan ölkə vətəndaşlarının sayını dəqiq açıqlamaqdan imtina edirlər...”

Qeyd edək ki, sadaladığımız ölkələrdən gəlmiş terrorçuların yarısından çoxu Suriya və İraqda gedən anti-terror əməliyyatlarında İran İslam Respublikasının komandanlığı ilə Hizbullah Müqavimət Təşkilatının əskərləri tərərfindən darmadağın edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags