4 sentyabr 2014 - 02:37
İŞİD-i İsrail və ABŞ yaradıb

88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,bu günlərdə NATO-nu faşist təşkilat adlandıran Kuba inqilabının lideri Fidel Kastro indi də İraq və Şam İslam Dövlətini (İŞİD) yaradanlar barədə qalmaqallı açıqlama verib.

O, bildirib ki, İŞİD-i İsrail və ABŞ yaradıb. 88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Onun sözlərinə görə İsrail Kəşfiyyat Xidməti MOSSAD ABŞ senatoru Con Makkeynlə əlaqəyə girərək İŞİD-i yaradıblar.

Əfsanəvi Fidel Kastro həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib. Bu dəfə də NATO haqqında kəskin ifadələr səsləndirən təcrübəli siyasətçi deyib ki, bir çox insanlar NATO-nun Avropadan olan təmsilçilərinin bəyanatların eşidəndə təəccüb edirlər. Onlar düşüncə tərzinə və özünü ifadə manerasına görə nasistləri xatırladırlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags