Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyədə azərilərə (Şiələrə) qarşı dövlət rəsmiləri səviyyəsində təxribatlar davam edir. Artıq Şiələrin neçənci Məscididir ki, azğın “sələfi” yaraqlıları tərəfindən hücuma məruz qalıb.
Belə ki, ötən gün İstanbulun Büyükçekmece məhəlləsində 20-30 nəfərdən ibarət Allahsız, Şiələrin tikməkdə olduqları İmam Əli (əleyhi səlam) adına Məscidə yürüş edərək, Məscidi və ətraf otaqları daşqalaq ediblər. Daşqalaq nəticəsində tikintinin məsul şəxsləri və işçi qüvvələri üçün nəzərdə tutulmuş otaqların şüşələri sındırılıb.
Hal Şahidlərinin bildirdiyinə görə isə, adını açıqlamadıqları “məhəllənin təhlükəsizlik işçisi” hadisənin əsas səbəbkarıdır. O, Zöhr namazını qıldıqdan sonra camaatı tikilməkdə olan İmam Əli (əleyhi səlam) adına Məscidə yürüş etməkə təhrik edib.
Xəbər yayıldıqdan sonra isə, İstanbul Şiələri (Azərbaycanlıları) hadisə yerində toplaşıblar. Şiə etirazçılarına qoşulan Büyükçekmece məhəlləsinin Sünniləri də qeyd olunan “məhəllənin təhlükəsizlik işçisi”nin evi qarşısında cəmləşərək “Məscidin şiəsi sünnisi olmaz”, “Məscidə uzanan əli qırarıq”, “Şiə Sünnü qardaşdır Təkfirçilər alçaqdır” şüarları səsləndiriblər.
Türkiyə Şiə Üləmaları ittifaqının sədri Hamid Turan etirazçıları diqqətli olmağa çağıraraq bildirib: “Biz Şiələr heç bir zaman fitnə əhli olmamışıq. Bu son aylarda məlum şəxslər tərəfindən Şiə Məscidlərinə edilən hücumlar yalnız bircə hədəf güdür. Müsəlmanlar arasında fitnə yaratmaq”.
Ruhani Hamid Turanın çıxışından sonra, Türkiyə Təhlükəsizlik Qüvvələrinin nümayəndələri təxribatçının evinə gedərək onu həbs etmiş və haqqında istintaq işinin açılacağına söz vermişlər.
Qeyd edək ki, Türkiyə Sistem İşçilərinin Azərilərə (Şiələrə) qarşı belə bir mənfur siyasət bəsləməkləri qeyri adi bir hal deyil. Ona görə ki, Suriya və İraqda Şiələrə qarşı amansızcasına aparılan döyüşlərin, Şiə körpələrinin başlarının kəsilməsi və s. cinayətlər məhz Türk dövlətinin qoyduğu anti-Şiə siyasətdir.
Xatırladaq ki, təqribən 4 ay öncə də T. Ərdoğan qondarma “İŞİD” və Nüsrə Cəbhəsini terrorçu qruplaşma kimi tanımadığını rəsmən elan etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır