31 avqust 2014 - 09:44
Malaziya Təhlükəsizlik Nazirliyi: Türkiyə qız uşaqlarının “seks cihadı” məqsədi ilə Suriya və İraqa ötürən ölkədir

Malaziya Təhlükəsizlik Nazirliyi: “Aldanmış 30 yaşlı qadını istintaq etdiyimiz zaman məlum oldu ki, o başqa ölkələrdən gəlmiş digər qadınlar ilə birgə Türkiyədə bir müddət qaldıqdan sonra, bu işlə məşğul olan xüsusi şəxslər tərəfindən “seks cihadı” üçün Suriya və İraqa yollanıblar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu haqqda Malaziya Təhlükəsizlik Nazirliyi bildiriş yayımlayaraq vurğulayıb: “Qondarma “İŞİD” qruplaşmasına “seks cihadı” məqsədi ilə qoşulan Malaziyalı üç qadın haqqda aparılan axtarış işində Türkiyə dövlətinin bu məsələdə xüsusi rola malik olduğunu aşkarladıq”.

Təhlükəsizlik Nazirliyi daha sonra bildirib: “Biz artıq belə bir qənaətə gəlmişik ki, Türkiyə dövləti dünyanın müxtəlif ökələrindən gətizdirilən qadın və qız uşaqlarının qeyriinsani əməllər üçün Suriya və İraqdakı terrorçulara göndərməkdə əsas rol oynayır”.

Malaziya Təhlükəsizlik Nazirliyi daha sonra bildirib: “Aldanmış 30 yaşlı qadını istintaq etdiyimiz zaman məlum oldu ki, o başqa ölkələrdən gəlmiş digər qadınlar ilə birgə Türkiyədə bir müddət qaldıqdan sonra, bu işlə məşğul olan xüsusi şəxslər tərəfindən “seks cihadı” üçün Suriya və İraqa yollanıblar”.

İstismar olunmuş qadının verdiyi ifadəsinə əsasən, azğın təkfirçi ünsürlər Mosul şəhərini ələ keçirtdkdən sonra şəhərin bütün qız uşaqlarının “seks cihadı”na hazır olmalarını göstəriş vermişlər.

Qeyd etmək lazımdır ki, Malaziya Dövlət Təhlükəsizlik Nazirliyinin belə bir sənədi ifşa etməsinə baxmayaraq hələ də Türkiyənin adiatlı orqanları buna heç bir reaksiya verməyiblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags