Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Xoca Əli əyalətinin Körfəz məntəqəsində yerləşən İmam Hüseyn (əleyhi səlam) adına Məscidin İmamı Orxan Öz ötən gün Cümə Namazından sonra Türkiyədəki azğın qondarma “İŞİD” terrorçuları tərəfindən ölümlə hədələnib.
Qondarma “İŞİD” quldurları, öz təhdidlərində ciddi olduğunu sübut etmək üçün, Şiə Aliminin həyətində park etdiyi şəxsi avtomobilini yandırıblar.
Bu haqqda mediaya açıqlama verən Orxan Öz bildirib: “Bu gün saat 03:00 radələrində həyətimdə alovun göyə yüksəldiyinin şahidi oldum, həyətə düşdükdə isə, maşınımın yandığını gördüm”.
O, həmçinin bildirib: “Mən bu şəxsləri tanımıram, lakin baş verənlərin hammısını təhlükəsizlik orqanlarına məruzə etmişəm, onlar da öz növbəsində cinayətkarların axtarışına başlayıblar”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır