Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Vəhhabilər ötən illər ərzində Azərbaycanda necə deyərlər işiğı sönmüş maşın kimi hərəkət edirdilər. İraqda İŞİD terrorçu qruplaşmasının cinayət xarakterli hərəkətlərinin artması Azərbaycanda vəhhabilərin aktivləşməsinin səbəblərindən biridir. Amma Azərbaycanda vəhhabilərin aktivləşməsinin səbəbləri bununla bitmir.
ABŞ və sionistlərlə bağlılığı olan və eləcədə İraqda terrorist vəhhabiləri dəstəkləyən regionin bəzi ölkələri ötən iki həftə ərzində, bəzi siyasi məqsədlərlə Azərbaycanda vəhhabilərin aktivləşməsi üçün siqnallar ötürməyə başladı. Bundan sonra , Sabirabad şəhərində çox şübhəli bir hadisə baş verdi. Belə ki, şübhəli bir şəxs bir vəhhabini döyərək saqqalını qırxdı. Bundan sonra Azərbaycanda özlərini doğma sayan vəhhabilər avtomobil karvanı təşkil etdilər və Sabirabada yürüş görnüşü yaratdılar. Müşfiqabad qəsəbəsində də vəhhabilər bu qəsəbənin məscidində dindarlara hücum edərək onları döydülər.
Vəhhabi terroristlərinin regiondakı dəstəkləyicilərinin ötürdüyü siqnaldan sonra Azərbaycanda vəhhabilərin aktivləşməsi, həqiqətdə terrorçu vəhhabilərin hücumları qarşısında İraq və Suriya xalqını dəstəkləyənlər üçün bir xəbərdarlıq idi.
Vəhhabilərin bölgədəki dəstəkləyiciləri bununla demək istəyirlər ki, baxın bölgədə qarşıdurmaların əhatə dairəsini dahada genişləndirə bilərik. Necə ki, terrorçu vəhhabilərin törətdikləri cinayətlərin dairəsi Suriyadan İraqa yönəldildi.
İŞİD – i dəstəkləyənlər həqiqətdə Suriyadakı və İraqdakı uğursuzluqlarını bu dəfə başqa bir ölkədə kompensasiya etməyə çalışırlar.
Necə ki, Türkiyə sərhəddində İŞİD-in Suriyadan İraqa köçürülməsi gözlənilməz idi, eləcə də İŞİD-in bölgədəki dəstəkləyiciləri , bu dəfə Azərbaycanda vəhhabiləri aktivləşdirməklə digər bir macəra ilə bağlı təhlükəli siqnallar verirlər.
Mümkündü Azərbaycanda vəhhabilərin eledikləri çox sadə və balaca görsənsin, amma Azərbaycan proseslərini izləyənlər və bu ölkədəki xarici rəqabət haqda məlumatı olanlar çox yaxşı bilirlər ki, Azərbaycanda vəhhabilərin elə bu həddə gördükləri də bu ölkə üçün çox önəmlidir. Bu məsələ asanlıqla qəbul edilə bilməz və Azərbaycan xalqını bu təhlükəli qruplaşmaya qarşı tək qoymaq olmaz.
Özüdə elə bir qruplaşmaya qarşı ki, onlar terror silahından istifadə etməklə çox böyük təhlükələr törədir və yaradıcısı olan amerikalılar və sionistlər kimi heç bir cinayətdən çəkinmirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır