Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cümə gün Türkiyənin Van şəhərində İİR, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukraynada və ümumilikdə regiondakı mövcud vəziyyət müzakirə olunub. Həmçinin görüş zamanı iqtisadi və siyasi vəziyyət, regional xarakterli problemlər də müzakirə obyektinə çevrilib.
Bununla yanaşı, Qafqaz və Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və NATO-nun regiondakı fəallığı məsələsi müzakirə mövzusu olub.
Türkiyə XİN rəhbəri bildirib ki, müzakirə mövzularından biri Ukraynadakı vəziyyət və İran İslam respublikasının nüvə proqramı üzrə danışıqlar olub.
3 ölkənin XİN rəhbərinin görüşünün yekunu üzrə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib: “İran İslam Respublikası, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü İran İslam Respublikasında keçiriləcək”.
Qeyd edək ki, XİN rəhbərlərinin bu formatda əvvəlki görüşü ötən il Naxçıvanda keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır