Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, azğın “sələfi” terrorçularına məxsus saytların verdiyi məlumata görə, Suriyada daha bir azərbaycanlı “vəhhabi” məhv edilib.
Məlumata görə, öldürülmüş “vəhhabi” Suriyada xalq tərəfindən dəstəklənən Bəşşar Əsəd Hakimiyyətinə qarşı vuruşan qondarma “İraq-Şam İslam Dövləti” adlı terrorçu qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Sionistyönlü “vəhhabi” yaraqlıları “Primorskiy Muhammed”in leşinin fotolarını da sosial şəbəkələrdə yayıblar.
Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada daha iki azğın azərbaycanlı terrorçu öldürülüb.
Terrorçular “əl-Nüsrə Cəbhəsi” adlı terrorçu qruplaşmanın sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı şəxsdir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır