Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ və onun amansız Türk, Avropa, Ərəb müttəfiqlərinin piyadası olan və iflasa uğrayan “Suriya Azadlar Ordusu” adlı yaraqlı qrup son gücünü belə Şiələri qətlə yetirmək üçün sərf edir.
İmperialist dövlətlərə bağlı “Suriya Azadlar Ordusu” adlı yaraqlı qrup, uzun müddətdir üsyançıların mühasirəsi altında olmasına baxmayaraq müqavimət göstərməyə davam edən Şiə bölgəsi olan Nubul və əl-Zəhra bölgəsində olan Şiələri yandırmaqla təhdid etdi.
İndiyə qədər amansız terrorçular tərəfindən bölgədə çox miqdarda partlayıcı maddə istifadə edilib, hətta uşaqlara, qadınlara rəhm etməyən onları belə qətlə yetirən mərhəmətsiz ünsürlərin qeyd olunan təhdidləri həyata keçirmələri çox da uzaq görünmür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır