Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH Quru Qoşunlarının Qüds Qərargahı Sistan və Bəluçistan əyalətində bir terrorçu dəstənin məhv edildiyini açıqlayıb.
SEPAH Quru Qoşunlarının Qüds Qərargahı yaydığı bəyanatda bildirib: Aparılan hərtərəfli kəşfiyyat müşahidəsi nəticəsində bir terrorçu dəstə müəyyən edilərək Qüds Qərargahının döyüşçüləri, o cümlədən Sistan və Bəluçistan əyalətinin Kəşfiyyat Baş İdarəsi, SEPAH-ın Kəşfiyyat Təşkilatı və əyalət üzrə Polis qüvvələrinin iştirakı ilə keçirilən birgə əməliyyat zamanı həmin dəstəyə qəti zərbə endirilib. Əməliyyat nəticəsində terrorçulardan 2-si öldürülüb.
SEPAH Quru Qoşunlarının Qüds Qərargahının bəyanatında qeyd olunub: Bu terrorçu dəstə mənfur sionist rejimə və terrorçu ABŞ rejiminə bağlı olub və ABŞ-nin müharibəsi ilə paralel olaraq əyalətdə terror aktları həyata keçirməyi planlaşdırıb. Lakin Uca Allahın mərhəməti ilə hər hansı terror aktı törətməzdən əvvəl zərərsizləşdiriliblər.
Sizin rəyiniz